Dəm qazı niyə can alır? - Elmar Nurəliyev

Bu gün Fövqaladə Hallar Nazirliyi (FHN) dəm qazı ilə bağlı əhaliyə müraciət edib. Belə ki, havaların soyuması ilə insanların qaz ehtiyacı artır. Ancaq bəzən düzgün istifadə edilmədiyi və baxılmadığı üçün ölümlərə səbəb olur.

Bəs dəm qazı niyə can alır, qarşısı necə alaq?

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az-a danışıb:

"Havaların soyuması ilə əlaqədar insanların istiliyə olan tələbatı artır. Bu da qaz cihazlarına olan təlabatı artırır. Ona görə, mütləq payız-qış aylarında insanlar qaz təchizatı ilə bağlı təhlükəsizlik qaydalarına ciddi yanaşmalıdır. Ümumiyyətlə, dəm qazını yaradan əsas səbəb yanma prosesinin düzgün getməməsidir. Kustar üsulu ilə hazırlanan qaz cihazlarından istifadə etmək, kənar müdaxilələrin olması, qaz borularının düzgün çəkilməməsi, tüstü bacalarının vaxtında təmizlənməməsi, tüstü bacalarında dəlik və çatların olması, bunlar hamısı qaz təchizatı ilə bağlı təhlükəsizlik qaydalarının pozulmasıdır ki, dəm qazı yaradır. Ona görə də, insanlar mütləq qaz sobasını yandırmazdan əvvəl tüstü bacalarını vaxtında təmizləməlidirlər. Ümumiyyətlə, kustar üsul ilə hazırlanan, standartlara cavab verməyən qaz sobalarından istifadə etməli deyillər. Bunlar birbaşa dəm qazını yaradan amillərdir. Dəm qazından boğulma halları daha çox hamam otaqlarında qeydə alınır. Hamam otaqlarının ölçüsü minimum 7 kvadrat olmalı, nəfəslik sistemi, qapısının aşağısında hamamın dövr etməsi üçün dəliklər olmalıdır. Hamam otağının ölçüsü evlərin şəraitinə görə dəyişə bilər, ancaq digərləri mütləq olmalıdır. Bunu insanların özləri də edə bilər, yəni yüksək maliyyə tələb etməyən şeylərdir. Çalışmaq lazımdır ki, hamam otağının içində qaz təchizatı olmasın. Biz ətrafda olanlardan da görürük ki, hamam otaqlarının içində qaz cihazları olur. Bu, yolverilməzdir.

Elə tüstü bacaları var ki, bəlkə də, illərlə təmizlənmir. İllərlə içində yığılıb qalan məişət tullantıları, küləyin təsiri ilə içəri toplanan tullantılar orda qalaqlanmış şəkildə olur, bu da tüstünün rahat çölə çıxmasına maneə olur. Həmin tüstü bacalarında heyvanlar özlərinə yuva qura bilər, içəri hər hansı yad cisim düşə bilər, diqqət yetirmək lazımdır. Mütləq hər il payız ayı girən kimi mütləq tüstü bacaları təmizlənməlidir".

Aytac Aslan

bakivaxti.az

neymar.az

0.034950971603394