Yanğının qarşısını almaq üçün ilk növbədə nə edilməlidir? - Elmar Nurəliyev

"Bütün növ yanğınların baş verməsində 90%-dən çox insan faktorları dayanır".

Sonxeber.az xəbər verir ki, bu sözləri BiG.AZ-a açıqlamasında təhükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

O, bildirib ki, insanlar yanğın təhlükəsizlik qaydaları ilə tanış olmalıdırlar:

"İnsanların məsuliyyətsiz davranışı, ehtiyatsılığı, təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verən yanğınlar böyük əksəriyyət təşkil edir. Ona görə də insanlar birinci növbədə yanğın təhlükəsizliyi haqqında qaydalarla tanış olmalıdırlar. Yaşadıqları, yaxud işlədikləri yerə uyğun qaydalara düzgün əməl etsələr, yanğının baş vermə riskini azaltmış olarlar, əgər də yanğın baş versə, miqyası daha az olar.

Son zamanlar istər ölkədə, istər dünyada baş verən genişmiqyaslı yanğınlar bir daha onu göstərir ki, yanğın təhlükəsizlik haqqında mütləq insanların ilkin bilikləri olmalıdır. Yanğınlar daha geniş miqyasda olanda artıq peşəkar yanğınsöndürmə qrupları da çətinlik çəkir. Nəticədə həm insanlara və mülklərinə, həm təbiətə və ekoloqiyaya, həm də flora və faunaya ziyan dəyir.

Təbii ki, maarifləndirmə müvafiq qurumlar tərəfindən edilir, amma bunu mütləq sistemli şəkildə, mütəmadi olaraq davam etdirmək lazımdır".

Ekspert yanğının səbəblərindən də danışıb:

"Yanğının baş verməsi üçün ilk növbədə yanan maddə, oksigen və istilik olmalıdır. Bu 3 amil bir yerdə olarsa və təhlükəsizlik qaydalarına riayət olunmazsa, yanğının yaranması qaçılmaz ola bilər.

Yanğınlar bərk və ya maye halında olan materialların alışıb yanmasından baş verə bilər. Hər yanğının qarşısının alınmasının öz spesefik üsülları var. Müvafiq qurumların üzərinə müəyyən məsələlər düşür. Hər ərazinin spesefik təhlükəsizlik konsepsiyası, təxliyyə planları olmalıdır".


Sonxeber.az

neymar.az

0.028231143951416