Yanğınlar bu səbəbdən baş verir - Elmar Nurəliyev

Son günlər, demək olar, hər gün yanğın xəbərləri eşidirik. Xüsusilə yay aylarında istər binalarda, istər həyət evlərində, istərsə də iaşə obyektlərində fərqli səbəblərdən yanğınlar baş verir. Bəs yanğınların qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yanğınların baş vermə səbəbləri haqqında danışıb:

Çoxmənzilli yaşayış binalarında insanların rahat, sağlam və təhlükəsiz yaşaması üçün tikintisi zamanı layihələndirməsindən artıq bütün zəruri olan təhlükəsizlik qaydalarına, norma və standartlarına riayət edilməklə tikilməlidir. Burada həm ekoloji təhlükəsizlik, həm sanitar-gigiyenik normalar, həm də sağlam yaşayış mühiti olması nəzərə alınmaqla binalar inşa edilməlidir. İnsanlar da bilməlidir, ilkin məlumatları olmalıdır ki, yanğın təhlükəsizliyi qaydalarına necə riayət etsinlər, hadisə baş verərsə necə az zərər ilə qurtulsun. Qeyd edim ki, binaların tikintisi zamanı keyfiyyətli və ekoloji təmiz tikinti materiallarından istifadə edilməli, binalar arası ara məsafəsi gözlənilməli, binanın yanğın təhlükəsizliyinə dair bütün normalara riayət edilməklə tikintisi aparılmalı, fövqaladə vəziyyətdə təhlükəsiz toplanış yeri, ehtiyat su çəni, yanğın siqnalizasiya vasitələri, ilkin yanğınsöndürən vasitələr, su dirəkləri ilə təchiz edilməli, binanın həyətinə giriş yollarında əlavə tikili və qurğular, avtomobillərin park edilməsi, hər hansı maneələrin quraşdırılmasına yol verilməməlidir ki, fövqaladə vəziyyətdə, yanğın təhlükəsi zamanı xilasetməyə gələn qurumların maşınları, yanğınsöndürən maşınların rahat və maneəsiz hərəkəti təmin olunmalıdır ki, vaxtında müdaxilə olunsun, insanların az zərər çəkməklə hadisənin qarşısı alınsın. Binalar bir birinin içərisində tikilib, yaxud beşmərtəbəli binaların arasında 16 mərtəbəli bina tikib, nə həyəti var, nə qarajı var, nə də yanğın təhlükəsizliyə dair vasitələrdə təchiz edilib.

Hər binanın özünün ara məsafəsi olmalıdır. Bir binanın ara məsafəsi o biri binanın ara məsafəsinə birləşməməlidir. 50 metr hündürlüyündə olan binada azı 30 metr ara məsafəsi olmalıdır. İnsanların təbii günəş şüası almaq hüququnu belə pozub. Belə olan halda, orada yaşayan insanların həyatı üçün təhlükə əlbəttə olacaq. Ancaq təəssüflər olsun ki, bir çox binalarda nə yağın hidrantları, nə  ehtiyat su çəni var, varsada, işlək deyil, yolun hərəkət hissələri maneələrlə doludur, maşınlar yolun üzərində park edirlər ki, buda hadisəyə vaxtında müdaxiləyə maneə yaradan səbəblərdir. Bina komendatları bunu təşkil etməlidir, sakinlər başa düşməlidir ki, bu onların özləri üçündə vacibdir. Söhbət öz həyatlarından gedir.Ancaq bu məsələlərə kompleks yanaşmaq lazımdır. Binanın tikintisi zamanı əgər yanğın təhlükəsizliyinə dair tələblərə riayət edilmirsə, insanların həyat və sağlamlığı üçün təhlükə riski varsa, onun tikintisinə icazə verməmək lazımdır.

Ümumiyyətlə, fərdi yaşayış evlərində, həyət evlərində və binalarda yaşayan sakinlər tərəfindən riayət olunmalı olan yanğın təhlükəsizlik qaydaları vardır ki, onlara əməl edilməlidir. Nəzərə alsaq ki, daha çox insanlar yaşadıqları evin ilk sahibi deyillər, buda öz növbəsində daha diqqətli olmaq tələb edir. Yəni biz bilmirik ki, bizdən qabaq burda yaşayan şəxs evi hansı keyfiyyətdə təmir edib. Təmir vaxtı keyfiyyətsiz mal materiallardan istifadə edilməməlidir. Ən əsası isə evin əsas elektrik xətləri keyfiyyətli naqillərdən istifadə edilərək çəkilməlidir. Nəzərə almaq lazımdır ki, texnologiyanın inkişafının müsbət tərəfləri olduğu kimi , insanların bundan düzgün istifadə etmədikdə, mənfi tərəfləri də vardır.Baş verən yanğın hadisələrinin statistikasına baxsaq elektrik qısaqapanmasından baş verən yanğın hadisələri çoxluq təşkil edir. Ona görə elektriklə bağlı olan hər şeyi ciddi nəzarətdə saxlamaq lazımdır. Birinci növbədə elektrik xətlərini yükləmək olmaz. Evdə eyni anda həm televizor işləyir, həm kondisoner, həm paltaryuyan, həm kompüter, həm yemək hazırlamaq üçün elektrik qızdırıcı və s. bunu daha da uzatmaq olarki, bu da öz növbəsində elektrik xətlərinin yüklənməsi deməkdir ki, yüklənmə nəticəsində xətlərdə qızma olar, qısaqapanma yaranar və yanğın təhlükəsi yarana bilər. Ona görə eyni anda bu qədər elektrik ilə çalışan avadanlıqları işlətmək məsləhət deyil. Yəni tam ciddi yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə bədbəxt hadisələrdən qorunmaq olar.

Aytac Aslan

bakivaxti.az

neymar.az

0.036589860916138